Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
İDMAN

Diaspora sədrimiz karate üzrə dünya çempionu oldu

<b>Diaspora sədrimiz karate üzrə dünya çempionu oldu </b>

Mayın 2-dən 6-dək Ukraynanın Xarkov şəhərində 32 ölkənin iştirakı ilə Kempo-Karate və Kobudo növləri üzrə növbəti dünya çempionatı keçrildi

Avstriya Azərbaycanlıları Diasporasının sədri Fərid Əzizov da bu yarışda iştirak edib.
F.Əzizov bildirib ki, 32 ölkənin iştirakı ilə keçirilən dünya çempionatında 3 növ üzrə tatamiyə çıxıb.
Kişilər arasında kempo-karate növü üzrə 80+ çəki dərəcəsində döyüşən F. Əzizov Ukrayna, Konqo, Macarıstan və Kanadanı təmsil edən rəqibləri üzərində qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib, bu növ üzrə dünya kuboku və dünya kəmərinin sahibi olub.
Onu da qeyd edək ki, Fərid Əzizov, həmçinin kabudo növləri üzrə 18+ yaş dərəcəsində özünümüdafiə və tərk-silahdan 1-ci yerin sahibi olub.
Kempo-karate növlərinin kata mərhələsində 18+ yaş kateqoriyasında öz gücünü sınayan idmançımız 3-cü yerdə qərarlaşıb.
Beləliklə, Diaspora sədri olan Fərid Əzizov beynəlxalq turnirdə aktivinə iki qızıl və bir bürünc medal daxil edib.