Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
SİYASƏT

“Rəsmi Londonun Bakını ittiham etməyə nə mənəvi, nə də hüquqi haqqı çatır”

<font color=red><b>“Rəsmi Londonun Bakını ittiham etməyə nə mənəvi, nə də hüquqi haqqı çatır”</b></font>

Millət vəkili: “Bu ölkənin paytaxtında baş verən cinayətlər hər min nəfər adam payına düşən rəqəmlərə görə Bakııdan ən azı on dəfə çoxdur”

Böyük BritaniyanınXarici İşlər Nazirliyi (XİN)Avroliqanın finalını izləmək üçün Bakıya gələcək vətəndaşlarına xəbərdarlıq edib.
Xatırladaq ki, Avroliqanın finalında İngiltərənin "Arsenal" və "Çelsi" klubu qarşılaşacaq.“Xəbərdarlıqda bildirilir: “1. Final oyunu ərəfəsində insanların sıx toplaşdığı yerlərdə, bar və "pub"ların qarşısında, otellərdə dinc insanlara qarşı terror aktları törədilə bilər. Ona görə də ehtiyatlı olun. 2. Bakıda cinayətkarlıqla mübarizənin səviyyəsi çox aşağıdır. Siz şəhərin mərkəzində, barların yaxınlığında, gecə klublarında soyğuna məruz qala bilərsiniz. Ona görə də az işıqlandırılmış yerlərdə, qaranlıq küçələrdə, bar və gecə klublarının ətrafında tək gəzməyin, üzərinizdə çox pul gəzdirməyin. Çalışın, heç kimə rüşvət verməyin”.
Eskpertlər bu bəyanatın qərəzli olduğunu bildirirlər.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu “Xalq Cəbhəsi”nə bildirdi ki, Böyük Britaniya XİNdə daxil olmaqla bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür və beynəlxalq ictimaiyyətə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədə uyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar: “İlk növbədə, bu, obyektiv deyil və Böyük Britaniya və Azərbaycan münasibətlərinin ruhuna yaraşmır”. Millət vəkilinin sözlərinə görə, Qərb də daxil olmaqla, bütün dünya ilə müqayisədə Azərbaycan kriminal vəziyyətə görə ən sabit ölkələrdən biridir. Bəyanatda adı çəkilən oğurluq, dələduzluq halları Azərbaycanda çox azdır və etik davranışla bağlı problem yoxdur: “Mən düşünürəm ki, bu məsələdə siyasi köklərə enmək lazımdır. Antiazərbaycançı qüvvələrin dəst-xətti burada aydın şəkildə görünür. Azərbaycanda həmişə mühüm beynəlxalq tədbirlər keçirilən zaman və yaxud belə tədbirlər ərəfəsində bu və ya digər qüvvələr Azərbaycana qarşı bir qarayaxma kampaniyasına başlayırlar”. Diqqət etsək görəcəyik ki , bu cür kompaniyalar qərəzlidir və heç bir əsası yoxdur. Məsələn, Londonla Bakıda baş verən kriminal hadisələri rəsmi statistikaya əsaslanaraq müqayisə etməyə çalışsaq görəcəyik ki , vəziyyət heç də Böyük Briyaniya XİN -in bəyanatında olduğu kimi deyil, tam əksinədir . Bu ölkənin paytaxtında baş verən cinayətlər hər min nəfər adam payına düşən rəqəmlərə görə Bakııdan ən azı on dəfə çoxdur . Belə olduqda rəsmi Londonun Bakını ittiham etməyə nə mənəvi, nə də hüquqi haqqı çatır. London polisinin rəsmi Veb səhifəsinə bildirilir ki, Londonda 2017-ci ildə 824.704 cinayət faktı qeydə alınıb ki, onların da 225.247-si oğurluqla bağlı cinayətlərdir. Bakıda isə bu göstərici 7.898 təşkil edir.. Bununla yanaşı, Londonda 175.348 dələduzluq, 103.918 yol-nəqliyyat hadisəsi faktı qeydə alınıb. Bakıda isə həmin ildə 3.856 dələduzluq, 1.753 yol-nəqliyyat hadisəsi cinayəti baş verib. Bu halda Böyük Britaniya Xarici İşlər Nazirliyi hansı əsasla Azərbaycanı kriminal və dələduzluq hadisələrinin çox olması ilə ittiham edə bilər? Mən bunu dövlətin rəsmi məlumatı kimi təqdim etmək istəmirən. Amma bütün hallarda bu, obyektiv deyil. Ölkəmizə gələn turistlərin qarşılaşdığı kriminal vəziyyətlərlə bağlı statistika aparılması ilə bağlı təklif irəli sürən deputat həmin göstəricilərin çox aşağı olcağını əminliklə söyləyib: “Statistikada da gördüyümüz kimi, kriminal halların sayı 10 dəfə azdır. Heç şübhəsiz ki, idman yarışlarına gələn azarkeşlərin təhlükəsizliyi və sabitliyi tam şəkildə qorunacaq. Biz bilirik ki, davranışlarına görə ən mədəni azarkeşlər sırasında Azərbaycan azarkeşləri yer alır. Lakin ən aqressiv azarkeşlər dedikdə ilk ağıla ingilis azarkeşləri gəlir. Britaniyalıların özləri də bunu yaxşı bilirlər. Dəfələrlə bir çox kütləvi yarışlarda onların aqressivliklərinin də şahidi olmuşuq. Göründüyü kimi, ayrı-ayrı dairələrin irəli sürdüyü iddialar əsassızdır və qərəzlidir. Azərbaycan dünyanın ən multikultural cəmiyyətlərindən biridir. Bu gün Avropanın multikulturalizmi imtina etdiyi bir vaxtda Azərbaycan bu dəyərləri yenidən təbliğ edərək Avropaya qaytarır. Nəticədə Avropa da bundan bəhrələnməyə çalışır.Məsələnin hüquqi kontekstdə qiymətləndirilməsinə gəldikdə isə, burada da heç bir problem yoxdur . Arsenal klubunun oyunçusu erməni əsilli Genrix Mxitaryanın Azərbaycana gəlməsində heç bir problem yoxdur və ən yüksək təhlükəsizliklə təmin olunması ilə də bağlı bəyanat da verilib. Çünki o, Azərbaycana idmançı kimi gəlir. Göründüyü kimi burada da bir məhdudlaşdırma yoxdur. O cümlədən, hazırda AZAL-ın təklif etdiyi qiymətlər mövcud beynəlxalq qiymətlərdən daha aşağıdır. İddia olunduğu kimi burada maddi baxımından hüquqların məhdudiyyətləşdirilməsindən söhbət belə gedə bilməz. Bütün bunlar sübut edir ki, xaricdəki maraqlı dairələr Azərbaycanın dünyada nüfuznun artmasından, onun yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatdırlar. Düşünürəm ki, bu bəyanata rekorrektə olmalıdır ki, bu Böyük Britaniya və Azərbaycan dostluğuna xələl gətirməsin. Ümid edirik ki, bizim tərəfdaşlarımız da, dost ölkələr də növbəti belə bir məqamlarda daha diqqətli olacaqlar”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə diqqətə çatdırıb ki, mayın 29-u ölkəmiz növbəti dəfə beynəlxalq medianın diqqət mərkəzində olacaq: “Bu dəfə dünyanın futbol aləminin klub turnirləri içərisində ikinci ən mötəbər turniri olan Avropa Liqasının finalı Bakıda keçiriləcək”.
O, növbəti beynəlxalq yarışa ev sahibliyi edəcək Azərbaycana qarşı beynəlxalq ictimaiyyət arasında əsassız yerə mənfi rəy formalaşdırılmağa çalışıldığını bildirib:“UEFA-nın bu qərarı verilərkən, liqanın finalına hansı komandaların çıxacağı, təbii ki, məlum deyildi. Keçən həftə məlum oldu kı, bu, iki ingilis komandası – "Arsenal" və "Çelsi"dir. Elə hər şey bundan sonra başladı. Həmişə olduğu kimi, mötəbər beynəlxalq yarışlardan əvvəl Azərbaycanın bostanına daş atmaq, ölkəmizi mənfi obrazda qələmə vermək lazım idi. Əgər bu, obyektiv şəkildə olsaydı, ingilisləri alqışlamaq olardı.
Açığı, Britaniya XİN-in Bakı haqqında dedikləri nəinki gülməli, ingilis nəzər nöqtəsindən, faciəvidir”.Politoloq İngiltərənin Xarici İşlər Nazirliyi final üçün Bakıya gələcək vətəndaşlarını etdiyi xəbərdarlığa diqqət çəkib:“Xəbərdarlıqda bildirilir: “1. Final oyunu ərəfəsində insanların sıx toplaşdığı yerlərdə, bar və "pub"ların qarşısında, otellərdə dinc insanlara qarşı terror aktları törədilə bilər. Ona görə də ehtiyatlı olun. 2. Bakıda cinayətkarlıqla mübarizənin səviyyəsi çox aşağıdır. Siz şəhərin mərkəzində, barların yaxınlığında, gecə klublarında soyğuna məruz qala bilərsiniz. Ona görə də az işıqlandırılmış yerlərdə, qaranlıq küçələrdə, bar və gecə klublarının ətrafında tək gəzməyin, üzərinizdə çox pul gəzdirməyin. Çalışın, heç kimə rüşvət verməyin”.
Birinci tövsiyə ilə bağlı onu qeyd etmək olar ki, Bakıdan fərqli olaraq, London və Paris 2000-ci ildən bu tərəfə bir neçə dəfə terrora məruz qalıb. Ona görə də final oyunu ərəfəsində bu cür bəyanat vermək etik və diplomatik normalara sığmayan mövqedir. 1970-ci ildən bugünə qədər Britaniyada ən azı 28 terror aktı həyata keçirilib.
İkinci tövsiyə lap gülməlidir. Sözün bitdiyi an buna deyərlər. Bu lap valideynin yeniyetməyə verdiyi məsləhətə oxşayır. Zaman-zaman dünyanın müxtəlif şəhərlərində cinayətlər törədilə bilər, bundan heç bir şəhər sığortalanmayıb. Məsələn, ən son yadımızda qalanlardan Parisin küçələrində oğurluğun tüğyan etdiyi, avtomobillərin və mağazaların vitrinlərinin sındırıldığını misal çəkə bilərik. Və ya Londonda bar və klubların ətrafında nələrin baş verdiyi hamıya məlumdur. Bakı London və Parisdən dəfələrlə daha təhlükəsiz şəhərdir”.
Z.Məmmədovun sözlərinə görə, Britaniya XİN-nin bəyanatından sonra ingilis mətbuatı da Bakıda keçiriləcək oyunla bağlı bir sıra "nöqsan"ları sadalayıb:
"Əvvala, finalın Bakıda keçirilməsi qərarı UEFA-nın son iki ildə həyata keçirdiyi Avropa qonşuluq siyasəti və futbolun coğrafiyasının yayılması ilə bağlıdır. Təbii ki, Londondan Bakıya məsafənin yaxın olmadığı hər kəsə məlumdur. Ancaq burada ingilis eqoizmini kənara atmaq lazımdır. Məgər hansısa gürcü, türk və ya rus idman yarışlarının finalının Londonda və ya Osloda keçirildiyi zaman bu qədər gileylənirdimi?
İngilislər biletlərin baha olması və ya artıq satıldığını, vizanın çətinliklə alındığını qeyd ediblər. Elə bu gün AZAL tərəfindən verilən bəyanata əsasən, oyun ərəfəsində bir neçə çarter reysinin həm bizim aviaşirkət (40 reys), həm də Avropa aviaşirkətlərinin reallaşmasının mümkünlüyünü bildirilib. Viza məsələsi isə cəfəngiyyatdır. Avropa liqası finalının bileti elə özü vizadır.
Ataların bir deyimi var, adımı sənə qoyum, səni yana-yana qoyum. İngilis stadionlarında oyunlardan əvvəl və sonra nələrin yaşandığı, ingilis fanatlarının bir-birilərinə və xaricilərə qarşı necə amansız olduqları hamıya məlumdur. Dəfələrlə stadion və kənarlarında kütləvi davaların, ölum hallarının olması ingilis futbolu və cəmiyyəti adına ləkədir. Futbolda bu kimi ləkələri daşıyan bir ölkənin XİN-i və KİV-i Bakı ilə bağlı mənfi obrazda çıxış edə bilməz. Azərbaycan dəfələrlə dünya miqyaslı turnirlərin, yarışların, konfrans və forumların ev sahibi kimi ən yüksək, peşəkar təşkilatçı olduğunu sübut edib. Kaş ki, elə başqaları da bizlər kimi qonaqpərvər, sülhsevər və üzügülər olsun”.

Əli