Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
QHT XƏBƏR

Demokratik Jurnalistlər Liqası yeni layihə həyata keçirir

<b>Demokratik Jurnalistlər Liqası yeni layihə həyata keçirir</b>

Azərbaycan Demokratik Jurnalistlər Liqası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial şəbəkələrdə milli maraqlarımızı necə qoruyaq?”- teledebatlar mövzusunda layihənin icrasına başlayıb.

Layihə çərçivəsində tanınmış QHT və yeni media nümayəndələrinin, ekspertlərin iştirakı ilə ictimai müzakirələr təşkil ediləcək.

Layihə dövründə “Milli maraqlarımızın sosial şəbəkələrdə mövcud durumu”, “Sosial şəbəkələrdə dövlət rəmzlərinin aşağılanması yolverilməzdir”, “Sosial şəbəkələrin düşmən platformasına çevrilməsinə imkan verməyək” mövzularına həsr edilən ictimai müzakirələr “Səs” onlayn telekalanında hazırlanaraq yayımlanacaq və həmin televiziya verilişləri Youtube-da, digər sosial şəbəkələrdə yerləşdiriləcək.

Eyni zamanda, "Facebook" sosial şəbəkəsində ötən layihələrdə yaradılan “Dövlətimizi qoruyaq və təbliğ edək” səhifəsində mövzu ilə bağlı ictimai forumlar təşkil ediləcək.

Layihənin məqsədi vətəndaş cəmiyyətini narahat edən, dövlətimizin milli maraqlarına sosial şəbəkələrdə təhlükə yaradan fəaliyyətə qarşı cəmiyyətin barışmaz mövqeyinin formalaşmasına xidmət edən teledebatlar təşkil etməkdir.