Son xəbərlər
23 MAY
22 MAY
İQTİSADİYYAT

Bu il Azərbaycanda qeyri-neft sektorunda məhsul istehsalı 15,5 faiz artıb

<b>Bu il Azərbaycanda qeyri-neft sektorunda məhsul istehsalı 15,5 faiz artıb</b>

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-aprel aylarında 15,5 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,5 faiz artıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sənaye məhsulunun 69,7 faizi mədənçıxarma sektorunda, 25,1 faizi emal sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda neft hasilatı planlaşdırılmış təmir işləri ilə əlaqədar Azəri-Çıraq-Günəşli yatağının "Mərkəzi Azəri" platformasında hasilatın müvəqqəti dayandırılması səbəbindən 3,0 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 43,5 faiz artıb.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 81,7 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 76,7 faiz, içkilərin istehsalı 57,1 faiz, əczaçılıq məhsullarının istehsalı 54,2 faiz, mebel istehsalı 50,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 48,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 43,6 faiz, kağız və karton istehsalı 33,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 31,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 28,7 faiz, qida məhsullarının istehsalı 21,8 faiz, tütün məmulatlarının istehsalı 21,1 faiz, maşın və avadanlıqların istehsalı 12,1 faiz, geyim istehsalı 10,2 faiz, poliqrafiya məhsullarının istehsalı 7,4 faiz, tikinti materiallarının istehsalı 5,0 faiz, hazır metal məmulatlarının istehsalı 4,8 faiz, elektrik avadanlıqlarının istehsalı 2,6 faiz artmış, sair nəqliyyat vasitələrinin istehsalı 4,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 14,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 16,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 29,5 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,4 faiz artıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv