Son xəbərlər
23 MAY
22 MAY
İQTİSADİYYAT

Əlilliyin təyin edilməsi meyarları ilə qanun layihəsi yaxın günlərdə Milli Məclisə təqdim ediləcək

<b>Əlilliyin təyin edilməsi meyarları ilə qanun layihəsi yaxın günlərdə Milli Məclisə təqdim ediləcək</b>

Azərbaycanda mövcud I, II və III qruplar üzrə əlillik meyarları beynəlxalq təcrübəyə uyğun gəlmir

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, əlilliyin təyin edilməsi meyarları beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq:
"Yeni meyarlar 1000-dən artıq xəstəliyi əhatə edir. Xəstəliyin 6-7 kriteriya üzrə təsir faizi müəyyən edilməklə, xəstəliyin həyata təsir faizi ölçüləcək və əlillik dərəcəsi müəyyən olunacaq".
S.Babayevin sözlərinə görə, bu kriteriyalar Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin mütəxəssisləri tərəfindən hazırlanıb. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən isə ekspertiza edilib.
Nazir qeyd edib ki, yaxın günlərdə qanunvericilik paketi Milli Məclisə təqdim ediləcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv