Son xəbərlər
23 MAY
22 MAY
İQTİSADİYYAT

Mikro və kiçik sahibkarlarQida Sənayesi Sərgisində məhsullarını təqdim edirlər

<b>Mikro və kiçik sahibkarlarQida Sənayesi Sərgisində məhsullarını təqdim edirlər </b>

Qida sənayesi sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlar Bakı Ekspo Mərkəzində keçirilən 25-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində öz məhsul və xidmətlərini təqdim edirlər

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və “ZiraatBank Azərbaycan”ın dəstəyi ilə Sərgidə mikro və kiçik sahibkarlıq subyektlərinin öz məhsullarını və xidmətlərini təqdim etməsi üçün xüsusi stend ayrılıb. Burada mikro və kiçik sahibkarlar istehsal etdikləri meyvə quruları, süd məhsulları, bal, bitki çayları, milli sağlam qidalar, meyvə şirələri, müxtəlif bitki yağları, sosial sahibkarlıq layihəsi olan şokolad və s. məhsulları təqdim edirlər.
Məlumat üçün qeyd edək ki, KOBİA startapların, mikro və kiçik sahibkarların öz məhsul və xidmətlərini nüfuzlu sərgilərdə təqdim etməsinə, bu sərgilər çərçivəsində onların əməkdaşlıq əlaqələrinin qurulmasına və genişləndirilməsinə dəstək göstərir. 2018-ci ildə KOBİA-nın dəstəyi ilə İKT sahəsində startaplar və kiçik sahibkarlıq subyektləri “BakuTel 2018” Sərgisində öz məhsul və xidmətlərini təqdim ediblər.
2019-cu il ərzində keçiriləcək müxtəlif sərgilərdə də startapların, mikro və kiçik sahibkarlıq subyektlərinin iştirakına dəstəyin göstərilməsi nəzərdə tutulur.
Sərgi çərçivəsində həmçinin, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə "Ziraat Bank Azərbaycan" ASC arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “ZiraatBank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Avni Dəmirci imzalayıblar. Sənəddə kiçik və orta sahibkarlığa dəstək məqsədilə bir sıra tədbirlərin və layihələrin reallaşdırılması nəzərdə tutulur.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv