Son xəbərlər
23 MAY
22 MAY
İQTİSADİYYAT

Mərkəzi Bank Azərbaycanda maliyyə texnologiyalarının tətbiqi barədə

<b>Mərkəzi Bank Azərbaycanda maliyyə texnologiyalarının tətbiqi barədə</b>

Hazırda Azərbaycan Mərkəzi Bankı (AMB) ani ödəniş sistemi və blokçeyn texnologiyalarının tətbiqi üzərində işləyir

Trend-in məlumatına görə, bunu AMB İdarə Heyətinin sədrinin birinci müavini Alim Quliyev deyib.
A.Quliyev bildirib: "Ani ödəniş sistemi dünyada ən qabaqcıl sistemlərdən biridir və 50-dən çox ölkə bu sistemdən istifadə edir".
Onun sözlərinə görə, AMB blokçeyn texnologiyaları sahəsində "IBM" şirkəti ilə əməkdaşlıq edir ki, bu, Azərbaycanda iqtisadiyyatın rəqəmsal transformasiyasına yardım edəcək.
Sədr müavini deyib: "Bank sektorunda blokçeyn sistemindən istifadə banklara öz müştərilərinə daha yüksək və təhlükəsiz səviyyədə xidmət göstərməyə imkan verəcək".
A.Qulilyev qeyd edib ki, yeni texnologiyalardan istifadə əməliyyatların avtomatlaşdırılmasına, eləcə də bankların itkilərinin minumuma endirilməsinə kömək edəcək.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv