Son xəbərlər
23 MAY
22 MAY
TÜRK DÜNYASI

“Vətənpərvərlik duyğusu olmayan insan mənəviyyatsızdır”

<font color=red><b>“Vətənpərvərlik duyğusu olmayan insan mənəviyyatsızdır”</b></font>

Hulusi Kılıc: “Mən bu insanlardan soruşuram: Qarabağın və işgal altındakı torpaqların geri alınması üçün indiyə qədər nə etmisiniz?”

“Sosial mediada Belçikada yaşayan bir neçə şəxsin canımız Azərbaycanın Prezidenti cənab İlham Əliyevin mayın 13-də Brüsselə səfəri zamanı sərgilərdiləri üzücü, bir azərbaycanlıya yaraşmayan davranışlarını gördüm və bu məni həddən artıq narahat etdi. Belə hərəkətləri qətiyyətlə pisləyirəm”.
Bu fikirləri Türkiyənin Azərbaycandakı keçmiş səfiri, Türk Dünyası Parlamentlər Birliyinin xarici əlaqələr üzrə koordinatoru Hulusi Kılıc səsləndirib
Hulusi Kılıc qeyd edib ki, belə insanlara can Azərbaycanımızın umummilli lideri, Türk Dünyasının böyük liderlərindən mərhum Heydər Əliyevin sözlərini xatırlatmaq istəyirəm: “Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Bunlar yoxdursa, o insan mənəviyyatsızdır”. Brüsseldə Azərbaycanın torpaqlarını işgal edən bir ölkənin baş nazirinə qarşı etiraz etmək əvəzinə Azərbaycana münasibətdə belə ikrah doğuran hərəkətlər sərgiləmək ilk növbədə xalqa və onun dövlətinə qarşı hörmətsizlikdir.
İlham Əliyev Azərbaycanın dövlət başçısıdır, Azərbaycan xalqını təmsil etməkdədir. Mən bu insanlardan soruşuram: Qarabağın və işgal altındakı torpaqların geri alınması üçün indiyə qədər nə etmisiniz? Sizə Mehmet Akif Ersoyun “Bayraqları bayraq yapan üstündəki qandır, torpaq əgər uğrunda ölən varsa vətəndir”, - sözünü xatırladıram”.
O həmçinin bəzi beynəlxalq təşkilatların Azərbaycanla bağlı ikili standart siyasətini də şiddətlə qınadığını bildirib: “Can Azərbaycanımızın ərazi bütövlüyü mövzusunda kiminsə tərəddüdü varsa Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsinə, ATƏT-in qəbul etdiyi sənədlərə baxsın. Azərbaycanın torpaqları işğal altındadır. Bu işgala ən qısa zamanda son verilməsini və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını gözləyirik”.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv