Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
SOSİAL

Mayın 26-da magistraturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

<b>Mayın 26-da magistraturaya qəbul imtahanının II mərhələsi keçiriləcək</b>

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının II mərhələsi mayın 26-da keçiriləcək

Dövlət İmtahan Mərkəzinin məlumatına görə, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar (68, 69 və 70 nömrəli qəbul proqramlarını seçənlər istisna olmaqla) "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır.
Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmayacaq.