• 17 May 2024
logo
Günel Natiqin yeni kitabı nəşr olundu

Günel Natiqin yeni kitabı nəşr olundu

Yazıçı Günel Natiqin "Elm və Təhsil" nəşriyyatında "Leyli- Məcnundan da böyük" adlı kitabı işıq üzü görüb.

Baymedia.az xəbər verir ki, kitabda torpaqlarımızın azadlığı uğrunda döyüşmüş 13 qəhrəman və onların fədakar xanımlarının sevgi hekayətləri yer alıb.

“Bu hekayətləri çağdaş dövrün məhəbbət dastanları da adlandırmaq olar. Onların eşqi vətən sevgisiylə sınağa çəkilib. Sonda yenə sevgi qazanıb. Çünki bütün sevgilər vətənə məhəbbətdən başlayır”, - müəllif bildirib.