• 8 Sentyabr 2024
logo
Təbrizdə daha bir memarlıq abidəsi dağılır

Təbrizdə daha bir memarlıq abidəsi dağılır

Təbrizin mərkəzində yerləşən və şəhərin nadir memarlıq abidələrindən sayılan Fətullayev evi tamamilə uçmaq təhlükəsi ilə üzləşib.

Baymedia.az xəbər verir ki, bu barədə Təbrizin yerli "Azərəncümən" nəşri məlumat yayıb.

Bildirilib ki, bundan əvvəl Şərqi Azərbaycan əyalətinin Mədəni İrs Təşkilatı tarixi evin bərpasına söz versə də, bu vəd yerinə yetirilməyib.

150 il əvvəl, Qacar sülaləsi dövründə 800 kvadrat metr sahəsi olan Fətullayev evi 2005-ci ilin noyabr ayında İran milli əsərlər siyahısına salınıb.

Qeyd edək ki, bir neçə dəfə bərpasına başlanılsa da, mərkəzdən vəsait ayrılmadığına görə işlər yarımçıq qalıb.