• 18 Oktyabr 2024
logo
Məşhur azərbaycanlı rəqqasə ilə görüş keçiriləcək

Məşhur azərbaycanlı rəqqasə ilə görüş keçiriləcək

İyulun 27-də saat 16:00-da Bakı Gənclər Mərkəzində əfsanəvi xoreoqraf-baletmeyster Roza Cəlilova ilə görüş keçiriləcək.

Baymedia.az xəbər verir ki, görkəmli xoreoqraf, “Şərəf” və “Şöhrət” ordenləri kavaleri, Azərbaycanın xalq artisti Roza Cəlilova ilə yaradıcı görüşün təşkilatçısı İRƏLİ İctimai Birliyidir.

Xalq artistinin 95 illiyinə həsr olunmuş tədbir Bakı Gənclər Mərkəzi, Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.

Qeyd edək ki, görüş proqramında Roza Cəlilova ilə söhbət və rəqs nömrələri nəzərdə tutulub.