• 22 Dekabr 2024
logo
Kino Agentliyinə və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə yeni təyinat olub

Kino Agentliyinə və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə yeni təyinat olub

Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin Hüquq və insan kapitalının idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə təyinat olub.

Bu barədə Baymedia.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Kino Agentliyinin Hüquq və insan kapitalının idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə Orxan İsgəndərov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə isə Seymur Hüseynov təyin edilib.

Hər iki şəxs dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləridir.