• 21 Dekabr 2024
logo
Puqaçovaya Rusiyaya gələ bilər, Qalkin isə yox

Puqaçovaya Rusiyaya gələ bilər, Qalkin isə yox

SSRİ xalq artisti Alla Puqaçova Rusiyaya problemsiz qayıda bilər. Ancaq bir şərtlə ki, əri, komediya ustası Maksim Qalkin onunla Rusiyaya gəlməsin.

Baymedia.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, Qalkinin Rusiya əleyhinə bəyanatları və NATO üzvü olan ölkələri dəstəkləməsi ölkəyə daxil olarkən onun üçün ciddi problemlərə səbəb ola bilər. Qalkini ya ölkəyə buraxmayacaqlar, ya da gələn kimi tutacaqlar.

“Qalkinin xarici agent statusu var, amma bu ona Rusiyaya gəlməyə problem yaratmır. Problem onun bəyanatlarıdır və buna görə onu məsuliyyətə cəlb edəcəklər”, - məlumatda qeyd olunub.