• 19 Sentyabr 2024
logo
Gəncə Dövlət Milli Dram Teatrı Bakıda çıxış edəcək

Gəncə Dövlət Milli Dram Teatrı Bakıda çıxış edəcək

Gəncə Dövlət Milli Dram Teatrı yeni mövsümdə geniş qastrol proqramı planlaşdırır.

Baymedia.az xəbər verir ki, yaradıcı heyət oktyabrın 30-da Bakıda səfərdə olacaq.

Kollektiv paytaxt teatrsevərləri qarşısına Dövlət Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində “Toros canavarı” tamaşası ilə çıxacaq. Teatrın son premyeralarından olan tamaşa Türkiyə yazıçısı Əziz Nesinin “Toros canavarı” əsəri əsasında ərsəyə gəlib.

Məişət mövzulu “qara komediya”nın quruluşçu rejissoru İstanbulun Maltəpə Bələdiyyə Teatrının baş rejissoru, Avrasiya Teatrlar Birliyinin (ATB) baş katibi Kubilay Erdelikara, rejissoru ATB-nin Azərbaycan təmsilçisi Yusif Cəfərov, quruluşçu rəssamı Mustafa Mustafayevdir.

Rolları Əməkdar artistlər İlham Hüseynov, Sevda Orucova, Novruz Cəfərov, Ramiz Vəliyev, aktyorlar Günay Cabbarova, Samir Abbasov, Akif Səfərov, Emil Salmanov, Elmir Məmmədov və Həsən Cəfərov ifa edəcəklər.