İordaniya mətbuatı İmadəddin Nəsiminin həyat və yaradıcılığından yazır
İordaniyanın aparıcı "Əd-Dustur" qəzetində, eləcə də www.orobanews.com, www.nayrouz.com kimi xəbər portallarında "Seyid İmadəddin Nəsimi: Cahanın sığmadığı həqiqət şairi" sərlövhəli məqalə dərc edilib.
Trend-in məlumatına görə, məqalənin əvvəlində 2019-cu ilin Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə təsadüf etdiyi, məhz bu səbəbə görə cari ilin Azərbaycanda Prezidentin Sərəncamına əsasən "Nəsimi ili" elan edildiyi oxucuların diqqətinə çatdırılır. Bunun Azərbaycan xalqı və dövləti tərəfindən şairin mübarək ruhuna dərin hörmət və hədsiz məhəbbətə dəlalət etdiyi vurğulanır.
Yazıda Nəsiminin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilir. Dahi mütəfəkkirimizin poeziya yaradıcılığına toxunularaq, ilk növbədə, onun Azərbaycan ədəbiyyatı ilə yanaşı, İslam Şərqində ictimai-fəlsəfi şeirin ən böyük nümayəndələrindən hesab edildiyi vurğulanır, yaradıcılığında insan obrazının bəşəri və eyni zamanda, ilahi xüsusiyyətlərə malik olmasının öz əksini tapdığı qeyd edilir. Görkəmli Azərbaycan şairinin şeirlərinin Şərq xalqlarının hafizəsində əbədi həkk olunduğu vurğulanır, tanınmış ədəbiyyatşünasların tədqiqatlarının, elmi araşdırma və kitabların Azərbaycan xalqı tərəfindən Nəsimi şəxsiyyətinə və ölməz irsinə verilən yüksək önəmin göstəricisi olduğu qeyd edilir.
27 Sentyabr 2019 14:03
2 261
Digər xəbərlər
16 Sentyabr 2025 11:05
399
12 Sentyabr 2025 17:18
1 386
2 Sentyabr 2025 11:40
3 045
28 Avqust 2025 13:37
3 808
20 Avqust 2025 14:20
5 418
20 Avqust 2025 11:28
4 704
14 Avqust 2025 14:24
5 593
10 Avqust 2025 18:13
5 733
1 Avqust 2025 12:12
6 181