• 10 İyul 2025
logo
Azərbaycan və Gürcüstan arasında mədəni sahədə əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Gürcüstan arasında mədəni sahədə əməkdaşlıq müzakirə edilib

Heydər Əliyev Fondu ilə Gürcüstan parlamentinin Mədəniyyət Komitəsi arasında əlaqələr müxtəlif layihələr vasitəsi ilə dərinləşdiriləcək.

APA-nın yerli bürosunun Gürcüstan parlamentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bunu Gürcüstan Parlamentinin Mədəniyyət Komitəsinin sədri Eliso Bolkvadza Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüşü zamanı deyib.

O bildirib ki, tərəflər iki ölkə arasında mədəni əlaqələrin yeni dinamikasını, mədəniyyət sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Qeyd olunub ki, həm Azərbaycanda, həm də Gürcüstanda tezliklə maraqlı mədəni tədbirlərin keçirilməsi planlaşdırılır.