• 21 Dekabr 2024
logo
25 Noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar rəsm müsabiqəsi elan edilib

25 Noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar rəsm müsabiqəsi elan edilib

zorakılıq, ümumən məişət zorakılığı əleyhinə maarifləndirmə məqsədilə “Şiddətin rəngi” adlı rəsm müsabiqəsi elan edir.
Nazirlikdən verilən məlumata görə, müsabiqənin məqsədi məişət zorakılığı anlayışı, məişət zorakılığı halları və onun doğurduğu mənfi nəticələr barədə yeniyetmə və gənclər arasında məlumatlılığın artırılması, yüksək mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan ailə münasibətlərinin təbliğ edilməsi, bu problemin miqyası, təzahürü və cəmiyyətin müxtəlif sahələrinə mənfi təsiri barədə maarifləndirmə işinin aparılmasıdır.
Rəsm əsərlərinin məzmunu məişət zorakılığının mənfi nəticələrini, bu zorakılığa məruz qalmış qadının iztirablarını ifadə etməlidir.
Müsabiqədə iştirak etmək üçün www.sosial.gov.az saytında “İctimaiyyətlə əlaqələr” bölməsində “Elanlar” yarımbölməsinə və ya https://forms.gle/mwXWsPpdiEVL68CP6 linkinə daxil olaraq anket formasını doldurmaq tələb olunur.
Qeydiyyat noyabr ayının 20-dək aparılacaq.
Çəkilən rəsmlər və şəxsiyyət vəsiqəsinin sürəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Sosial təminat siyasəti şöbəsinə təqdim edilməlidir. (Ünvan: Salatın Əsgərova 85, əlaqə telefonu 541 97 27).
Seçim 15-29 yaş kateqoriyası üzrə keçirilir. Sərgidə nümayiş üçün seçilən əsərlərin müəlliflərinə Fəxri fərman və aşağıdakı məbləğlərdə pul mükafatları təqdim ediləcəkdir:
1-ci yer üzrə 1 nəfərə 500 manat;
2-ci yer üzrə 2 nəfərin hər birinə 300 manat;
3-cü yer üzrə 3 nəfərin hər birinə 200 manat.
Həmçinin həvəsləndirici yerlər üzrə 5 nəfərin hər birinə 100 manat mükafat verilməsi nəzərdə tutulur.
Musabiqənin qalibləri haqqında məlumat 25 Noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr edilmiş sərgidə ictimaiyyətə açıqlanacaqdır.
Məlumat üçün deyək ki, BMT Baş Assambleyasının 17 dekabr 1999-cu ilin 54/134 qətnaməsinə əsasən, 25 Noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan edilib. BMT Baş Assambleyası ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi üçün hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatlara bu mövzuda müxtəlif tədbirlərin keçirilməsini təklif edir.