Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbirlər davam edir.
“Nəsimi-650” yubiley ili çərçivəsində növbəti tədbir Rusiya Federasiyasının Pyatiqorsk şəhərində keçiriləcək.
Bu barədə məlumatı Cebhe.info-ya tanınmış xanəndə Mütəllim Dəmirov verib.
Onun sözlərinə görə, o və digər musiqiçi həmkarları, “Novruz” rəqs qrupu sözügedən şəhərdə nəsimisevərlər qarşısında çıxış edəcəklər.