• 8 May 2024
logo
Milli İncəsənət Muzeyində Mahnı Teatrının konsert proqramı təqdim edilib

Milli İncəsənət Muzeyində Mahnı Teatrının konsert proqramı təqdim edilib

Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən “Muzeydə musiqi” layihəsi çərçivəsində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının konsert proqramı təqdim edilib.

Muzeydən Baymedia.az-a bildirilib ki, konsertdə Mahnı Teatrının instrumental ansamblının müşayiəti ilə respublikanın tanınmış incəsənət ustaları - Xalq artistləri Gülyaz Məmmədova, Heydər Anatollu, ifaçılar Fəxri Kazım-Nicat, Aynur İsgəndərli, Rövşən Qəhrəmanov, Ayşən Mehdiyeva, Ramazan Şərifzadə tərəfindən ifa olunan mahnılar səsləndirilib.

Konsert proqramından sonra qonaqlar tematik ekskursiya çərçivəsində "Salam, Novruz!" sərgisi ilə tanış olublar.