• 26 Dekabr 2024
logo
Azərbaycanda tarixi abidənin dağıdılmasına görə araşdırma başladı

Azərbaycanda tarixi abidənin dağıdılmasına görə araşdırma başladı

Ağstafada tarixi abidənin sökülməsi ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib.
Onun sözlərinə görə, araşdırımların sonunda müvafiq addımlar atılacaq: "Hazırda Ağstafa rayonu ərazisində olan tarixi abidənin dağıdılması ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkilşafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırma aparılır. Aparılan araşdırmalardan sonra müvafiq qaydada addımlar atılacaq".
F.Hüseynov əlavə edib ki, həmin abidə dövlət tərəfindən mühafizə olunan daşınmaz tarixi mədəniyyət abidələri siyahısında qeydiyyata alınmayıb: "Bu səbəbdən də həmin ərazi diqqətdən kənarda qalıb, ona yerli mühafizəçilər tərəfindən nəzarət olunmayıb".
Qeyd edək ki, 2012-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları Ağstafa rayonunda tapdıqları Neolit dövrünə aid qədim yaşayış sahəsi bu günlərdə kimliyi bilinməyən şəxslər tərəfindən dağıdılaraq məhv edilib.