• 7 May 2024
logo
Mərkəzi Bank valyuta ehtiyatlarını 27,6% artırdı

Mərkəzi Bank valyuta ehtiyatlarını 27,6% artırdı

Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 654,4 milyon ABŞ dolları təşkil edib.

Baymedia.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bildirilib ki, bu, martın 1-i ilə müqayisədə cüzi çoxdur.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 3,6%, son 1 ildə isə 27,6% artıb.