“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr olunub
"Abituriyent" jurnalının 4-cü nömrəsi nəşr olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, jurnalın bu nömrəsində 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu verilib. Bu nömrədə, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə və Rusiya Federasiyasının Hərbi Tibb Akademiyasına kursantların qəbulu qaydaları və digər zəruri materiallar təqdim olunub.
Jurnalı DİM-in Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 və Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarında yerləşən "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
Əmək Müfəttişliyi bu il 7688 müraciəti araşdırıb
Bu ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 7688 vətəndaş müraciəti araşdırılaraq cavablandırılıb. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlardan 3964-nü şikayət məzmunlu ərizələr, 3016-nı müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş sorğu xarakterli məktublar təşkil edib. Qalanları isə xidmətin əməkdaşları tərəfindən fərdi qaydada qəbul edilmiş 708 vətəndaş müraciətləri olub. Sorğu məzmunlu müraciətlərlə əlaqədar vətəndaşlara əmək qanunvericiliyinin aidiyyəti maddələri və onların tətbiqi ilə bağlı izahatlar verilib, digər müraciətlərlə bağlı müvafiq araşdırma aparılmaqla nəticəsinə uyğun tədbirlər görülüb.
Digər xəbərlər
20 Dekabr 2024 14:52
3 521
19 Dekabr 2024 16:45
3 892
19 Dekabr 2024 13:12
3 514
19 Dekabr 2024 09:43
4 032
18 Dekabr 2024 16:37
4 410
17 Dekabr 2024 11:08
2 737
17 Dekabr 2024 11:07
2 464
13 Dekabr 2024 13:18
4 102
13 Dekabr 2024 13:18
4 200
12 Dekabr 2024 12:40
4 508
12 Dekabr 2024 12:21
4 046
12 Dekabr 2024 12:20
4 095