• 13 May 2025
logo
Meksika Latın Amerikası ölkələri arasında Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Meksika Latın Amerikası ölkələri arasında Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, Latın Amerikası ölkələri arasında Meksika Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Cari ilin ilk iki ayı Meksika-Azərbaycan ikitərəfli ticarəti üçün xüsusən məhsuldar oldu.

2020-ci ilin yanvar ayından fevral ayınadək ikitərəfli ticarətin artımı 56.67% təşkil etdi. 2019-cu ilin fevral ayı ilə müqayisədə isə ticarət mübadiləsinin artımı 370% olub. Bu tendensiyanın saxlanacağı təqdirdə Meksika-Azərbaycan ticarəti 2020-ci ildə öz tarixi yüksəlişinə - 80 milyon USD-dən artıq rəqəmlərə çata bilər.