• 16 Sentyabr 2024
logo
Niderlanda Azərbaycanın turizm potensialı ilə bağlı məqalə

Niderlanda Azərbaycanın turizm potensialı ilə bağlı məqalə

Niderlandda yaşayan həmyerlimiz, jurnalist, Avropa Xəbər Agentliyinin (European News Agency) əməkdaşı Vüqar Abbasovun sözügedən agentliyin saytında növbəti yazısı yayımlanıb.

Baymedia.az xəbər verir ki, “Bakı – keçmişlə bu günün vəhdəti” adlı məqalədə Azərbaycanın turizm imkanlarından bəhs olunub.

Azərbaycan haqqında ümumi, turistlər üçün maraqlı və gərəkli məlumatların olduğu yazıda Bakının tarixindən, qədim abidələrindən, görməli yerlərindən, mətbəxindən, insanların qonaqpərvərliyindən bəhs edilir.

Məqalədə həmçinin qeyd olunub ki, 30 il sonra işğaldan azad olunmuş Şuşa, Kəlbəcər, Laçın, Ağdam, Zəngilan kimi rayonlar da gələcəkdə Azərbaycanın turizm mərkəzlərinə çevriləcək.