• 30 Dekabr 2024
logo
Dünya bazarlarında neft cüzi bahalaşıb

Dünya bazarlarında neft cüzi bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəyəri 0,12% artaraq 1 barelə görə 72,78 ABŞ dolları təşkil edib.

Baymedia.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,14% artaraq 1 barelə görə 69,25 ABŞ dolları olub.