• 19 Sentyabr 2024
logo
AMB-dən uçot dərəcəsi ilə bağlı qərar

AMB-dən uçot dərəcəsi ilə bağlı qərar

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,25 % saxlanılması barədə qərar qəbul edib.

Baymedia.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 %, yuxarı həddi isə 8,25 % saxlanılıb.

"Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub", - deyə AMB bəyan edib.

Qərar sabahdan qüvvəyə minir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə oktyabrın 30-da açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.