Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında sığorta növləri üzrə daxilolmalar 2,056 mln. manat təşkil edib.
"APA-Econonics"in Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 47,7% çoxdur. İllik ifadədə könüllü sığorta daxilolmaları isə 2,3 dəfə artıb.