Bu il dünya ölkələrinin ümumi dövlət borcunun 100 trilyon ABŞ dollarını ötəcəyi gözlənilir.
Bu barədə “APA-Economics” Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, qeyd olunan göstərici qlobal ÜDM-in təxminən 93%-ni təşkil edəcək.
Ehtimal olunur ki, dünya ölkələrinin dövlət borcunun artması onilliyin sonuna qədər davam edəcək və qlobal ÜDM-in 100%-nə çatacaq.
“Ölkələrin təxminən üçdə ikisində borcun sabitləşməsi və ya azalması proqnozlaşdırılsa da, o (dövlət borcu – red.), pandemiyadan əvvəl gözləniləndən xeyli yüksək olaraq qalacaq", - hesabatda qeyd olunur.