Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft kəmərləri ilə 28 859,8 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 3,1% azdır.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 75,1%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 21 681,7 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 4,34% azdır.
Hesabat dövrü ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,5%-i və ya 17 676,3 min tonunu Azərbaycanda hasil edilən neft, 18,5%-i və ya 4 005,4 min tonunu (4,85% artım) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Xatırladaq ki, ötən il magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2% çoxdur. Nəqletmənin 75,9%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 191,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,49% çoxdur.