• 13 Noyabr 2024
logo
Mərkəzi Bankın valyuta ehtiyatları bu il 241 mln. dollar azalıb

Mərkəzi Bankın valyuta ehtiyatları bu il 241 mln. dollar azalıb

Ötən ay Mərkəzi Bank tərəfindən xarici valyutada dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) icrasına dəstək məqsədilə 424 mln.ABŞ dolları məbləğində xüsusi satış olub.

“APA-Economics” bu barədə AMB-yə istinadən xəbər verir. Qeyd edilib ki, nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda 241 mln. ABŞ dolları azalıb.

“Valyuta satışı Mərkəzi Bank tərəfindən 2023-cü ildə valyuta bazarından alınmış 2.1 milyard ABŞ dolları həcmində xarici valyuta hesabına aparılıb. Valyuta satışı əvvəlki illərdə alış yönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verir ki, bu da ortamüddətli dövrə makroiqtisadi dayanıqlığı dəstəkləyir”- AMB-nin açıqlamasında əlavə edilib.