• 13 Noyabr 2024
logo
Dünya Bankı neftin qiyməti üzrə prnoqnozunu azaldıb

Dünya Bankı neftin qiyməti üzrə prnoqnozunu azaldıb

Dünya Bankı (DB) 2024-2025-cı illər üzrə "Brent" etalon markalı neftinin orta qiyməti ilə bağlı proqnozunu yeniləyib.

Bu barədə "APA-Economics" Bankın oktyabr ayı üzrə proqnozuna istinadən xəbər verir.

Proqnoza əsasən, “Brent” neftinin orta qiyməti 2024-ci ildə 80 ABŞ dolları (pncəki proqnoz göstəricidən 4 dollar aşağıdır), 2025-ci ildə isə 73 dollar (proqnoz 6 dollar azaldılıb) səviyyəsində olacaq.

Bununla yanaşı, Dünya bankı “Brent” neftinin qiyməti üzrə 2026-cı il üçün proqnozunu açıqlayıb. Belə ki, bank qeyd olunan göstəricinin 2026-cı ildə 72 dollar səviyyəsində qərarlaşacağını ehtimal edir.

DB-nin hesablamalarına görə, 2023-cü ildə “Brent”in orta qiyməti 82,6 dollar təşkil edib.

Beləliklə, 2024-ci ildə “Brent” nefti illik müqayisədə 3,2 dollar, 2025-ci ildə 8,8 dollar, 2026-cı ildə isə 1,4 dollar ucuzlaşacaq.