• 27 Dekabr 2024
logo
bp Cənubi Qafqaz Boru Kəmərinə çəkilən xərcləri artırıb

bp Cənubi Qafqaz Boru Kəmərinə çəkilən xərcləri artırıb

Bu ilin ilk üç rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 60 milyon dollar, əsaslı xərclər isə təxminən 13 milyon dollar olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 22,4 faiz və 2,9 dəfə çoxdur.

Bu barədə bp-nin 2024-cü ilin üçüncü rübünün yekun hesabatında qeyd edilib.

Hesabata görə, qeyd olunan dövr ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 61,7 milyon kubmetr olub.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.