• 26 Dekabr 2024
logo
Ağdamın iki kəndi və Zəngilana əhalinin köçürülməsi üçün 600 min manat xərclənib

Ağdamın iki kəndi və Zəngilana əhalinin köçürülməsi üçün 600 min manat xərclənib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Ağdam rayonunun iki kəndi və Zəngilan şəhərinə məcburi köçkün ailələrinin köçürülməsinə 600 min manata yaxın vəsait xərcləyib.

“APA-Economics” xəbər verir ki, Komitə bununla bağlı tender keçirib. Ağdamın Sarıcalı, Kəngərli kəndlərinə və Zəngilan şəhərinə məcburi köçkün ailələrinin köçürülməsi üzrə tenderin qalibi "Evakuator.az" MMC seçilib. Qalib şirkətlə 588 min 395 manat dəyərində müqavilə imzalanıb.

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan sözügedən daşıma şirkəti 2016-cı ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Aqil İsmayıl oğlu Zeynalovdur. Mediayada yayılan məlumatlarda Aqil Zeynalovun Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşı oğlu olduğu bildirilir.