• 12 Mart 2025
logo
Azərbaycan Mərkəzi Bankının rəhbərliyində dəyişiklik olub

Azərbaycan Mərkəzi Bankının rəhbərliyində dəyişiklik olub

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyində dəyişiklik olub.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, Mərkəzi Bankın baş direktoru Ziya Əliyev sədrin müşaviri təyin edilib.
Bununla da AMB sədrinin müşavirlərinin sayı 5-ə çatıb.

Həmçinin Vüsal Cavanşir oğlu Qurbanov fevralın 3-dən AMB-nin baş direktoru təyin edilib. O, buna qədər Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb.