• 1 İyul 2025
logo
Azərbaycan relyefi çətin olan ərazilərdə biçin aparılması üçün xüsusi kombaynlar alacaq

Azərbaycan relyefi çətin olan ərazilərdə biçin aparılması üçün xüsusi kombaynlar alacaq

Azərbaycanda dağətəyi, maili, relyefi çətin olan ərazilərdə biçinin aparılması üçün xüsusi dağ kombaynlarının alınması planlaşdırılıb.

Bunu Bərdədə səfərdə olan Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

O bildirib ki, bu il taxıl biçini mövsümündə respublika üzrə biçinə 1 700 kombaynın cəlb edilməsi nəzərdə tutulur. Bu kombaynlardan 728-i “Aqrolizinq” ASC tərəfindən cəlb ediləcək. Bu il əlavə olaraq 125 ədəd taxılbiçən kombaynın alınması da nəzərdə tutulur: “Prezident İlham Əliyevin tapşırığına əsasən dağətəyi, maili, relyefi çətin olan ərazilərdə biçinin aparılması üçün xüsusi dağ kombaynlarının alınması planlaşdırılıb”.