• 10 İyul 2025
logo
Azərbaycana yanvar-apreldə 64 mln. dollarlıq geyim əşyaları idxal olunub

Azərbaycana yanvar-apreldə 64 mln. dollarlıq geyim əşyaları idxal olunub

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 64,1 mln. ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,8% azdır.

Qeyd edək ki, hesabat dövründə sözügedən malların ümumi idxalında payı 1,9% təşkil edib. Bu, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz bəndi çoxdur.