UNEC-də tətbiq edilən Differensial Əmək Haqqı Sisteminin əsasını təşkil edən professor-müəllim Heyətinin Xidməti Fəaliyyətinin Qiymətləndirilməsinin 2018/2019-cu tədris ili üzrə nəticələri yekunlaşıb.
17 iyul 2019-cu il saat 15:00-da qeyd edilən nəticələr UNEC-in rəsmi Facebook səhifəsindən canlı yayımla ictimaiyyətə təqdim ediləcək. Ötən tədris ilində Differensial Əmək Haqqı Sistemi çərçivəsində UNEC-də professor-müəllim heyətinin, kafedra və fakültələrin reytinq siyahılarının, elm və tədris fəaliyyətləri üzrə əldə olunan başlıca nailiyyətlərin açıqlanacağı təqdimatda reytinq siyahıları ilə bağlı izləyiciləri maraqlandıran suallar da cavablandırılacaq.
Sualları canlı yayım vaxtı Facebook (https://www.facebook.com/uneceduaz/) üzərindən ünvanlaya bilərsiniz.