• 26 Dekabr 2024
logo
İran Prezidenti Culfada yeni sənaye layihəsinin açılışını edəcək

İran Prezidenti Culfada yeni sənaye layihəsinin açılışını edəcək

İran Prezidenti Həsən Ruhani Şərqi Azərbaycan vilayətinə səfəri çərçivəsində videokonfrans vasitəsi ilə Culfa rayonunda sənaye layihəsinin açılış mərasiminə qatılacaq.
Trend-in məlumatına görə, bunu İran parlamentinin deputatı Məhəmməd Vəhdəti deyib.
M.Vəhdətinin sözlərinə görə, İran Prezidenti avqustun ortalarınadək Şərqi Azərbaycan vilayətinin mərkəzi olan Təbriz şəhərinə səfər edəcək.
Deputat əlavə edib ki, İran Prezidenti Vərzəqan rayonunda su bəndi və bir sıra digər layihələrin açılışında iştirak edəcək.