• 26 Dekabr 2024
logo
Azərbaycana gələn əcnəbilərin sayı 6 faiz artıb

Azərbaycana gələn əcnəbilərin sayı 6 faiz artıb

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin l yarımilində ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı 6 faiz artıb.
Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu ilin 6 aynın nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu ilin yanvar-iyun aylarında ölkədə müvəqqəti yaşayanlarda 0.4 faiz, iş icazəsi alanlarda 14 faiz, qaçqın statusu üçün müraciətlərdə 53 faiz artım müşahidə olunur.
V.Hüseynov əlavə edib ki, bu müddət ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilən qərarların sayında 34 faiz azalma var:
"Qurum tərəfindən vətəndaş məmnunluğu sahəsində görülən işlərin nəticəsidir ki, müraciətlərin sayında 8 faiz azalma qeydə alınıb. Hesabat dövründə "Çağrı mərkəzi"nə daxil olmuş zənglərin sayı isə 53.303 olub".