• 27 Dekabr 2024
logo
Türkiyə şirkəti ilə kimya sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib

Türkiyə şirkəti ilə kimya sənayesi sahəsində əməkdaşlıq müzakirə edilib

İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin “ABC Deterjan San ve Tic A.Ş.” şirkətinin nümayəndələri ilə görüşüb. Trend-in məlumatına görə, görüşdə Şahin Mustafayev qardaş ölkələr olan Azərbaycan və Türkiyə arasında əlaqələrin strateji səviyyədə olduğunu, ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyini vurğulayıb. Azərbaycan iqtisadiyyatı, ölkəmizdə həyata keçirilən islahatlar, əlverişli biznes və investisiya mühiti, yaradılan sənaye parkları barədə məlumat verən İqtisadiyyat naziri Türkiyə şirkətlərini ölkəmizdəki işgüzar şəraitdən yararlanmaqla əməkdaşlığı genişləndirməyə dəvət edib. “ABC Deterjan San ve Tic A.Ş.” şirkətinin İdarə Heyətinin rəhbəri Mustafa Başer təmsil etdiyi şirkətin həyata keçirdiyi layihələr barədə məlumat verib, şirkətin Azərbaycana investisiya yatırmaqda maraqlı olduğunu diqqətə çatdırıb. Görüşdə kimya sənayesi məhsulları istehsalı sahəsində əməkdaşlıq, bu sahədə birgə müəssisənin yaradılması barədə müzakirələr aparılıb.