Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin yanvar-iyun aylarında 0,6 ton qızıl alıb.
"APA-Economics"in ARDNF-in 2020-ci ilin 6 ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, iyun ayının 30-a Fondun investisiya portfelində qızılın ümumi həcmi 101,8 ton olub.
Qeyd edək ki, 2019-cu ilin sonuna olan məlumata görə, ARDNF-in investisiya portfelində qızılın ümumi həcmi 101,2 ton təşkil edib.
Hazırda Fondun investisiya portfelində qızıl investisiyalarının çəkisi 13,6%-dir.