İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu ilə Türkiyənin Kiçik və Orta Biznesin İnkişafı və Dəstəklənməsi Birliyi arasında Sahibkarlıq sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi barədə Memorandum imzalanıb.
Trend-in məlumatına görə, sənəd Bakıda keçirilən “İnnovativ sahibkarlığın inkişafında dövlətin güzəşli maliyyə dəstəyi” konfransı çərçivəsində imzalanıb.
Memorandum iki ölkə arasında kiçik və orta biznesin inkişafı sahəsində əməkdaşlığı nəzərdə tutur.