• 27 Dekabr 2024
logo
Azərbaycanda islahatlar innovativ sahibkarlığın inkişafını stimullaşdırır

Azərbaycanda islahatlar innovativ sahibkarlığın inkişafını stimullaşdırır

Son illər Azərbaycanda iqtisadiyyat sahəsində keçirilən islahatlar sahibkarlıq mühitinin inkişafına və innovasiyaların tətbiqinə kömək edib.
Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Faiq Abbasov innovativ sahibkarlığın inkişafına həsr olunmuş tədbir zamanı deyib.
O qeyd edib ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər innovativ sahibkarlığın inkişafına böyük stimul verib:
“Nümunələrdən biri kimi biznes sahəsində startapların inkişafı üçün yaradılmış şəraiti göstərmək olar. Eyni zamanda, bu istiqamətdə daha bir stimul startapların üç il müddətində mənfəət vergisindən azad edilməsidir. Bundan başqa, Vergi Məcəlləsinə Azərbaycanda innovativ sahibkarlığın inkişafına və biznes mühitinin möhkəmlənməsinə müsbət təsir göstərəcək bir sıra dəyişikliklər edilib”.