Azərbaycanda payızlıq əkin üzrə 340 061 fermerə 167,08 mln. manatdan çox subsidiya ödənilib. Bu barədə "APA-Economics"ə Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) bildirilib.
Agentlikdən qeyd ediblər ki, ümumilikdə, 340 835 fermer tərəfindən bəyan edilən payızlıq əkin üçün 1 024 313 hektar ərazi üzrə təsdiqlənən bəyanların sayı 646 845 ədəd təşkil edib.
AKİA-dan həmçinin bildirilib ki, 50 570 fermer tərəfindən 149 553 hektar yazlıq əkin əraziləri bəyan edilib ki, onlardan 84 900-ü təsdiqlənib. Yazlıq əkin üzrə 49 862 fermerə 28,52 mln. manatdan çox subsidiya ödənilib.
Əlavə olaraq, 59 832 fermer tərəfindən 111 188 hektar çoxillik əkin əraziləri bəyan edilib ki, onlardan 121 725-i təsdiqlənib. Çoxillik əkin üzrə 59 435 fermerə 31,65 mln. manatdan çox subsidiya ödənilib.
"Beləliklə, fermerlərə payızlıq, yazlıq həm də çoxillik əkin üzrə ümumi olaraq 227,26 mln. manatdan çox subsidiya ödənilib", - deyə Agentlikdən qeyd ediblər.
Xatırladaq ki, 2020-ci ilin subsidiya məbləği 241 mln. manat təşkil edir. Bu günə ümumilikdə, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 515 260 fermer qeydiyyatdan keçib.