• 6 İyul 2025
logo
Azərbaycanda bu il istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi 17% azalıb

Azərbaycanda bu il istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsi 17% azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə azalıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə ölkədə ümumi sahəsi 2 780,5 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, ötən ilin ilk yarısı ilə müqayisədə 16,8% azdır.

Təkcə iyul ayında istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 194,5 min kvadrat metr təşkil edib.