• 22 Dekabr 2024
logo
Azərbaycanda kənd təsərrüfatı sahəsində əmsallar açıqlanacaq

Azərbaycanda kənd təsərrüfatı sahəsində əmsallar açıqlanacaq

Subsidiyaların verilməsi zamanı müasir texnologiyalara əsaslanan yeni mexanizmlərin tətbiq olunmasının üç əsas məqsədi var.
Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.
Onun sözlərinə görə, subsidiyaların verilməsi mexanizmində dəyişikliklərin əsas məqsədi ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması və idxalın azalması, ikinci məqsəd kəndlərdə sosial vəziyyətin yaxşılaşması və məşğulluq probleminin həlli, üçüncü məqsəd isə ölkənin ixrac potensialının artırılmasıdır.
M.Əliyev bildirib ki, yaxın zamanlarda fermerlərə subsidiyaların məbləğinin müəyyən edilməsi üçün yeni əmsallar təqdim olunacaq:
“Kənd təsərrüfatı istehsalı üçün yeni əmsalların müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılır”.
Qeyd edək ki, bitkiçilik sahəsində təsərrüfatlar üçün subsidiyaların hesablanmasında istifadə olunacaq baza