Azərbaycan vətəndaşlarına xidmət göstərən bankomatların sayı ilin əvvəlindən 62 ədəd və ya 2,3% azalaraq bu il avqustun 1-nə 2 585 ədədə enib.
"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, bankomatların 1 348 ədədi paytaxt, 1 237 ədədi isə regionlardadır.
Hesabat dövründə POS-terminalların sayında da azalma müşahidə olunub. Belə ki, terminalların sayı ilin əvvəlindən 11 981 ədəd və ya 17,8% azalaraq avqustun 1-nə 55 487 ədəd təşkil edib. Terminalların 36 222 ədədi paytaxt, qalanı isə regionlarda quraşdırılıb.
Qeyd edək ki, bankomat və POS-terminal sayında azalma bu il lisenziyası ləğv olunmuş banklarla əlaqədardır.