• 13 İyul 2025
logo
MHM kibertəhlükəsizlik avadanlıqları alır

MHM kibertəhlükəsizlik avadanlıqları alır

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) İnformasiya Sistemlərinin kibertəhdidlərdən qorunması məqsədilə təhlükəsizlik avadanlıqlarının satın alınmasına dair keçirilən tenderin qalibini müəyyənləşdirib.

"APA-Economics"in "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, MHM-nin elan etdiyi tenderin qalibi "R.İ.S.K. Elmi İstehsalat Şirkəti" QSC seçilib. Şirkətlə ümumi dəyəri 180 min manatdan çox olan müqavilə imzalanıb.