Dünyanın ən böyük qəhvəxana şəbəkələrindən biri sayılan "Starbucks" şirkətinin 2019-2020-ci maliyyə ilində (sentyabrın 27-də bitib) xalis mənfəəti ötən ilə nisbətən 3,8 dəfə azalaraq 928,3 mln. ABŞ dolları təşkil edib.
"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin maliyyə hesabatında deyilir.
Bir səhm üzrə seyrəltilmiş mənfəət ötənilki 2,92 dollardan 0,79 dollara yüksəlib. Şirkətin gəlirləri 11,3% azalaraq 23,518 mlrd. dollar təşkil edib. Maliyyə ili ərzində "Starbucks" 1 404 yeni qəhvəxana açıb.
Maliyyə ilinin IV rübündə şirkətin xalis mənfəəti illik ifadədə 2 dəfə azalaraq 392,6 mln. dollar təşkil edib. Gəlirləri isə 8% azalaraq 6,203 mlrd. dollara düşüb. Səhm üzrə seyrəltilmiş mənfəət ötənilki 0,67 dollardan 0,33 dollar enib. Rüb ərzində şəbəkə 480 yeni qəhvəxana açıb.
Qeyd edək ki, 2020-ci ildə şirkət dünyada 2 minə yaxın qəhvəxana açmağı planlaşdırır.
Xatırladaq ki, 1971-ci ildə Sietl şəhərində (ABŞ) təsis olunan "Starbucks" dünya üzrə 32 mindən çox qəhvəxanadan ibarət şəbəkəni idarə edir.